ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra dünya ilə paylaşdığı “Qəzza Sülh Planı” ilə bağlı növbəti tənqidi açıqlama verib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti çıxışının bir hissəsində Rusiya-Ukrayna müharibəsinə də toxunub. Rusiya prezidenti Vladimir Putini razı sala biləcəyinə inandığını ifadə edən Tramp, "O, indiyə qədər qarşılaşdığım ən sərt liderdir. Mən bir çox ölkədə qarşıdurmaya son qoyuram. Bu, işə yarasa, bu, mənim bitirdiyim səkkizinci müharibə olacaq. Putinlə Zelenskini bir araya gətirməliyik" deyib.
Bu arada Tramp bütün dünyanı təhdid edən Rusiyanı təhdid edərək dedi: "Son vaxtlar Rusiya tərəfindən bir az təhdid olunduq. Ona görə də mən ora nüvə sualtı qayığı göndərdim. Onun harada olduğunu heç kim öyrənə bilməz. Bu, əlimizdə olan ən ölümcül silahlardan biridir. Mən bir və ya iki sualtı qayıqdan danışıram. Bu, Rusiyaya yönəldilə bilər, ona görə də nüvə silahından daha çox diqqətli olmaq lazımdır. ümid edirəm, onlardan istifadə etməyəcəyik”.
Aytən Yaşar/ Turkustan.az