Ərdoğan “kökünü qurudacağıq” dedi və saatlar sonra əməliyyat başladı


Dünən axşam keçirilən Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni mərc və virtual qumarla mübarizə məsələsinə toxunub.

Turkustan.az xəbər verir ki, Ərdoğan iclasdan sonra verdiyi açıqlamada bildirib:

“Əvvəlki Kabinet iclasımızda da qeyri-qanuni virtual mərc oyunları, şans oyunları və qumar bəlası ilə mübarizədə qətiyyətimizi ifadə etmişdim. İnternet və smartfonların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə virtual mərc və qumar oyunlarının yaratdığı təhlükə də getdikcə artır. Maliyyə Cinayətləri İstintaq İdarəsi (MASAK) bu prosesi artıq nəzarətə götürüb”.

Prezident Ərdoğanın bu mesajından dərhal sonra bu gün mövzu ilə bağlı diqqətçəkən bir addım atılıb. Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən Reklam Şurası, qeyri-qanuni mərc və qumar oyunlarını təbliğ etdiyi üçün 30 YouTube və sosial media hesabına girişin bloklanmasına qərar verib.

Bu addım, hökumətin virtual mərc və qumar oyunlarına qarşı apardığı mübarizənin konkret nəticəsi kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ