Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Bəhruz Əhmədov 13 may 2025-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin olunub.