Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbədən sonra bəyan edib ki, hər belə hücum, Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsinin və sanksiyaların daha təsirli olmasının zəruriliyini bir daha göstərir.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə şəxsi Facebook səhifəsində paylaşım edib.
“Rusiya pilotsuz uçuş aparatının şəhərə endirdiyi zərbədən sonra hazırda Dneprdə xilasedicilər, bələdiyyə və fövqəladə hallar xidmətləri çalışır. Bu, sadəcə həyasız bir hücum idi – günorta vaxtı, mülki infrastruktura qarşı. Hazırkı məlumata görə, 10-dan çox insan yaralanıb,” – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya bu cür hücumlarla beynəlxalq ictimaiyyətə açıq mesaj verir ki, sanksiyalar və təzyiqlər daha sərt və nəticəverici olmalıdır.
Aytən Yaşar/ Turkustan.az