ABŞ prezidenti Donald Tramp deyib ki, onun administrasiyası təkcə dəniz yolu ilə ABŞ-a narkotik gətirən gəmilərə deyil, həm də Venesueladan quru yolu ilə gələn narkotik kartellərinə zərbələr endirməyi düşünür.
Turkustan.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Quantico hərbi bazasına uçmazdan əvvəl jurnalistlərə bildirib.
"Biz bir neçə qayığa hücum etdik, yəqin ki, bunu görmüsünüz. Və bunu etdiyimizdən bəri ölkəmizə su yolu ilə heç bir narkotik daxil olmayıb", - Tramp ABŞ-ın Venesueladakı narkotik kartellərinə zərbə vurmağa hazırlaşıb-hazırlanmadığı ilə bağlı sualı cavablandırarkən deyib.
O əlavə edib ki, "indi biz kartellərə baxacağıq; qurudan gələn kartellərə çox ciddi baxacağıq".
Aytən Yaşar/ Turkustan.az