ABŞ Prezidenti Donald Tramp dünyaya təqdim etdiyi sülh planı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp bunları deyib: “Bu plan Qəzza üçün də böyük əhəmiyyət daşıyır. Qəzza bu planın ayrılmaz hissəsidir. Mən HƏMAS‑a bildirirəm: planı 3–4 gün ərzində qəbul edin. Əks halda, İsrail lazım olan addımları atacaq.”
Tramp açıqlamasında planın əsas məqsədlərini belə izah etdi: müharibəni dayandırmaq, girovların təhlükəsiz azad olunmasını təmin etmək, Qəzzada humanitar yardımın və təcili yenidənqurma işlərinin dərhal başlamasına şərait yaratmaq, eləcə də uzunmüddətli sabitlik və təhlükəsizlik yaradan yeni idarəetmə mexanizmlərinin tətbiqidir. Tramp həmçinin regional və beynəlxalq tərəfdaşların prosesə cəlb olunacağını, yardımın şəffaf və koordinasiyalı şəkildə çatdırılacağını və silahlı qruplaşmaların hərəkətlərinə məhdudiyyət qoyulacağını vurğuladı.
Aytən Yaşar/ Turkustan.az