“Mərkəzi Asiyanın su ehtiyatları buzlaqların sürətlə əriməsindən və azalan yağışlardan asılıdır”.
Turkustan.az xəbər verir ki, bunu yerli KİV-ə özbəkistanlı qlasioloq və buzlaqların geomorfologiyası üzrə mütəxəssis Maksim Petrov deyib.
Onun sözlərinə görə, Özbəkistanın buzlaqları Yer kürəsində 2,5 milyon ildən çox əvvəl başlayan dördüncü buz dövrünün qalıqlarıdır.
“Özbəkistanın dağlarındakı buzlaqlar 10-20 min il əvvəl əmələ gəlib. Bunu geokimyəvi üsullarla mütləq yaşı müəyyən etməklə görmək olar. Buzlaqlar mühüm funksiyanı yerinə yetirirlər: soyuq mövsümdə suyu bərk hissəciklər şəklində saxlayır və isti mövsümdə, ərimə zamanı buraxırlar.
Çervok su anbarına gələn suyun əsas həcmi Piskom, Küksuv və Çotkol çayı hövzələrində buzlaqların əriməsi hesabına formalaşır. Piskom çayı hövzəsindəki suyun böyük hissəsi də buzlaqlardan gəlir”.
Petrov bildirib ki, Mandantal və Oyqainq çaylarının hövzələrini özündə birləşdirən Piskom hövzəsi Özbəkistanın buzlaqlarının əsas hissəsini təşkil edir.
“Piskom buzlaqları Daşkənd bölgəsini dayanıqlı su ilə təmin etmək üçün vacibdir. Amma qlobal istiləşmə və qar şəklində yağıntıların olmaması səbəbindən buzlaqlar öz sahəsini və həcmini sürətlə azaldır.
1957-ci ildən hesablasaq, buzlaqların sahəsi ildə orta hesabla 0,45 faiz azalır. Yəni 66 ildən sonra Piskom hövzəsində su 30 faiz azalacaq. Buzlaqların ərimə sürəti dəyişməsə, 222 ildən sonra Özbəkistan ərazisində tamamilə yox olacaq”. /teleqraf.az/