Putinin Trampın Qəzza planına ilk şərhi: Bu həyata keçirilərsə...


Kreml ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun elan etdiyi Qəzza sülh planı ilə bağlı ilk bəyanatını yayıb.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın səyləri alqışladığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Trampın Qəzza zolağında münaqişəyə son qoymaq təşəbbüsünü müsbət qiymətləndirdiyini bildirib.

“Rusiya hər zaman öz məqsədləri olan, yəni bu faciənin qarşısını almaq üçün səyləri dəstəkləyir və prioritetləşdirir”, - Peskov bildirib.

Peskov planın Yaxın Şərqdə sülhə töhfə verməli olduğunu vurğulayıb:

“Əlbəttə, biz bu planın həyata keçirilməsini istəyirik ki, o, Yaxın Şərqdəki hadisələrin sülh yolu ilə sona çatmasına kömək edə bilsin”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ