Tramp: ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100 faizlik rüsum tətbiq edəcəyəm


ABŞ prezidenti Donald Tramp film çəkilişlərinin başqa ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bəyan edib və ölkə hüdudlarından kənarda çəkilən bütün filmlərə 100 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabından mövzu ilə bağlı paylaşım edib.

Film istehsalı işlərinin ABŞ-dan “körpədən oğurlanan konfet” kimi digər ölkələr tərəfindən “oğurlandığını” vurğulayan Tramp: “Zəif və bacarıqsız qubernatoru olan Kaliforniya xüsusilə ağır zərbə aldı” dedi.
“Buna görə də bu uzun müddətdir davam edən və heç vaxt bitməyən problemi həll etmək üçün mən ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100 faizlik tarif tətbiq edəcəyəm”, - Donald Tramp bildirib.

May ayında ABŞ prezidenti Tramp Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə ölkəyə gələn bütün xaricdə istehsal olunan filmlərə 100 faizlik rüsumların tətbiqi prosesinə başlamaq səlahiyyəti verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ