Rusiya başa düşməlidir ki, bu gündən onların ərazisində təhlükəsiz yer olmayacaq, Ukrayna silahları Rusiyanın istənilən hərbi obyektinə çatacaq.
Turkustan.az xəbər verir ki , bunu Varşava Təhlükəsizlik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Donald Trampın Ukraynanın Rusiyaya uzaq məsafədən zərbələr endirməsinə icazə verməsi barədə sözlərini şərh edərkən deyib.
"Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanaraq müstəqilliyini müdafiə edir. Və Rusiya aydın şəkildə dərk etməlidir ki, bu gün və gələcəkdə onlar üçün təhlükəsiz yer olmayacaq və Ukrayna silahları və Ukrayna ordusu öz ərazilərindəki istənilən hərbi obyekti ələ keçirəcək. Biz artıq Ukrayna silahlarının gücünü sübut etmişik " .
Aytən Yaşar/ Turkustan.az