Putin yeni səfərbərlik fərmanı imzaladı: 135 min nəfər orduya çağırılacaq


Kreml lideri Vladimir Putin bazar ertəsi, sentyabrın 29-da oktyabrın 1-dən etibarən payız hərbi çağırışı ilə bağlı fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb .

Sərəncama əsasən, çağırış 2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək, 135 min nəfərin hərbi xidmətə çağırılması nəzərdə tutulub.

Məqalədə bildirilir ki, sentyabrda Rusiya Dövlət Duması il boyu Rusiya ordusuna çağırış haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənədə əsasən, çağırış komissiyaları daimi işləyəcək, lakin çağırış əvvəlki cədvəl üzrə - ildə iki dəfə: aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək aparılacaq.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ