Netanyahu Maskla görüşəcək: “Sosial media yeni müharibə alətidir”


İsrail Baş naziri ABŞ-da Elon Maskla görüşəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, Netanyahu sosial medianın müasir dövrün yeni “müharibə vasitəsi” olduğunu bildirib. ABŞ-da BMT Baş Assambleyası çərçivəsində qatıldığı tədbirdə çıxış edən Netanyahu, sosial media platformalarının, xüsusilə də Elon Maskın sahibi olduğu X-in (keçmiş Twitter) bu kontekstdə artan əhəmiyyətindən danışıb.

Netanyahu, ABŞ-ın İsrailə dəstək verdiyi əməliyyatlarda texnologiya nəhəngi Oracle-ın roluna da toxunaraq, son dövrlərdə diqqət mərkəzinə düşən Çin mərkəzli TikTok-dan sonra növbənin X platformasına çatdığını qeyd edib.

“Müharibə alətlərindən istifadə etməliyik. Silahlar zamanla dəyişir,” – deyən Netanyahu, sosial medianın müasir dövrdə informasiya və təsir gücü baxımından mühüm bir alətə çevrildiyini vurğulayıb. Baş nazir həmçinin, ABŞ-dakı texnoloji baza dəstəyinin İsrail üçün strateji əhəmiyyət daşıdığını da əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ