Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye müəssisələrini uzaqmənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynaya qarşı fəaliyyəti ilə bağlı məlumat verilib.
Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyi qeyd edilən açıqlamada, "Rusiya Silahlı Qüvvələri gecə saatlarında havadan və dənizdən uzaq mənzilli, yüksək dəqiqliyə malik silahlar və İHA-lardan istifadə edərək Ukraynanın hərbi sənaye müəssisələri və hərbi hava limanı infrastrukturuna intensiv hücuma keçdi".
Açıqlamada hücum hədəfinə nail olunduğu və qeyd olunan bütün hədəflərin vurulduğu bildirilib.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərindən 41 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Aytən Yaşar/ Turkustan.az