Səhiyyə naziri mətbuat konfransında huşunu itirdi


İsveçin səhiyyə naziri mətbuat konfransında huşunu itirib.

Turkustan.az xəbər verir ki, İsveçin yeni səhiyyə naziri Elisabet Lann Stokholmda keçmiş səhiyyə naziri vəzifəsinə təyin olunması ilə bağlı keçirilən mətbuat konfransında huşunu itirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Lannın söz aldığı andan qısa müddət sonra qəfil halı pisləşib və o, podiumda üzü üstə yıxılıb.

Hadisədən sonra qısa müddətə konfrans zalını tərk edən Lann daha sonra geri qayıdaraq mətbuata vəziyyəti ilə bağlı açıqlama verib. O, qan şəkərinin aşağı düşməsi səbəbindən huşunu itirdiyini bildirərək, “Bu, adi bir çərşənbə axşamı deyildi,” – deyə, zarafatla qeyd edib.

Mətbuat konfransında Lannı İsveçin baş naziri Ulf Kristersson, sosial məsələlər naziri Yakob Forsmed və energetika və sənaye naziri Ebba Buş müşayiət edirdilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ