İspaniyadan İsrailə böyük qadağa: Nazirlər ölkəyə buraxılmayacaq!


İspaniya hökuməti Qəzzada törətdiyi soyqırımına görə İsrailə qarşı bugünkü Nazirlər Şurasının təsdiqlədiyi və həyata keçirdiyi 9 maddədən ibarət sanksiyalar paketi çərçivəsində iki İsrail nazirinin ölkəyə girişini qadağan edib.

Turkustan.az xəbər verir ki, baş nazir Pedro Sançesin dünən elan etdiyi İsrailə qarşı sanksiyalar Nazirlər Şurasının bugünkü iclasında təsdiqlənib.

Nazirlər Şurasının iclasından sonra mətbuata açıqlama verən xarici işlər naziri Jose Manuel Albares: "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilmədik" dedi və "Qəzzada soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" başlıqlı paketin dərhal qüvvəyə minməsi üçün qəbul etdiklərini söylədi.

AB-İsrail Assosiasiya sazişinin 2-ci maddəsinin İsrail tərəfindən açıq şəkildə pozulduğunu və Avropa Komissiyasının da bu mövzuda hesabat hazırladığını vurğulayan Albares 21 sentyabrda keçiriləcək BMT Baş Assambleyasında qəti addımların atıla biləcəyini bildirib.

Albares həmçinin qeyd edib ki, “Qəzzada soyqırım, insan haqları pozuntuları və hərbi cinayətlərdə bilavasitə əli olan bütün şəxslərin İspaniya ərazisinə girişinin qadağan edilməsini” ehtiva edən doqquz bənddən ibarət sanksiyalar siyahısı açıqdır və İsrail tərəfindən hər hansı yeni bəyanatla əlavə oluna bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ