Sentyabrın 9-da Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb.
Turkustan.az xəbər verir ki, bir saatdan artıq davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olması məsələsi müzakirə olunub.
Petrosyan bildirib ki, Rusiyanın Cənubi Qafqazda olması “təcili zərurət”dir və “tarix tərəfindən təsdiqlənmiş reallıq”dır.
Keçmiş prezident Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistanı “Ermənistanın etibarlı və vicdanlı” dostları adlandırıb. /teleqraf.az/