Ukraynanın pilotsuz təyyarələri (PUA) ötən gecə Soçiyə hücum etdikdən sonra maraqlı məlumat üzə çıxıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA hücumu nəticəsində bir avtomobilin sürücüsü həlak olub, bir neçə evə ziyan dəyib.
Turkustan.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı isə yarım saatdan çox bağlı qalıb.
Şayiələrə görə, Rusiya prezidenti Vladimir Putin həmin vaxt şəhərdə ola bilərdi. Bir gün əvvəl o, Soçidə BRICS-in növbədənkənar iclasında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır.
Vladimir Putinin Boçarov Ruçey iqamətgahı Soçidə yerləşir və o, dron hücumları səbəbindən getdikcə oranı daha az ziyarət edir./modern.az