Birləşmiş Millətlər Təşkilatı (BMT) rekord hərbi xərclərin qlobal sülh və inkişafı təhdid etdiyini bəyan etdi və bu xərclərin yenidən balanslaşdırılmasına çağırdı.
Turkustan.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransı keçirərək “Bizə lazım olan təhlükəsizlik: Davamlı və dinc gələcək üçün hərbi xərclərin yenidən balanslaşdırılması” adlı hesabatını açıqlayıb.
Qlobal hərbi xərclərin 2024-cü ildə rekord həddə - 2,7 trilyon dollara çatacağının proqnozlaşdırıldığını qeyd edən Quterreş: "Bu gün təəccüblü bir həqiqəti ortaya qoyan bir hesabat dərc edirik. Dünya sülhün qurulmasından çox müharibəyə xərcləyir" deyə, xəbərdarlıq edib.
Quterreş qeyd edib ki, bu məbləğ dünyada hər bir insan üçün 334 dollar xərcləməyə bərabərdir və eyni zamanda dünyanın ən zəngin ölkələrinin rəsmi inkişaf yardımından təxminən 13 dəfə və BMT-nin adi büdcəsindən 750 dəfə çoxdur.
Aytən Yaşar/ Turkustan.az