Türkiyə XİN-dən İsrailin hücumuna REAKSİYA: Sülh deyil, müharibə istəyirlər!


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohada Həmas rəsmilərinə hücumunu pisləyib.

Turkustan.az xəbər verir ki, nazirlik İsrailin həyata keçirdiyi hücumla bağlı yazılı açıqlama yayıb.

İzah belədir:

“İsrailin Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupuna hücumunu pisləyirik.

Atəşkəs danışıqları davam edərkən HƏMAS-ın danışıqlar qrupunun hədəfə alınması İsrailin sülhə nail olmaq deyil, müharibəni davam etdirmək məqsədi daşıdığını nümayiş etdirir.

Bu hücum atəşkəs danışıqlarında vasitəçilik edən Qətəri İsrailin bölgədə hədəf aldığı ölkələr siyahısına əlavə edib. Bu, İsrailin bölgədəki ekspansionist siyasətinin və terrorizmi dövlət siyasəti kimi qəbul etməsinin bariz sübutudur.

Biz Qətərin suverenliyini və təhlükəsizliyini hədəf alan bu alçaq hücuma qarşı onun yanındayıq.

Biz beynəlxalq ictimaiyyəti Fələstində və bölgədə davam edən təcavüzünə son qoymaq üçün İsrailə təzyiq göstərməyə çağırışımızı bir daha təkrar edirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ