Ukrayna rəsmisi: Orbanın Ukraynanı bölmək təklifi Kremlin mövqeyidir


Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın üç zonaya — Rusiya, hərbisizləşdirilmiş və Qərb zonalarına bölünməsi ilə bağlı səsləndirdiyi təkliflər, Rusiya ilə əlaqələrin və Kremlin narrativinin təsiri ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko televiziya çıxışında məlumat verib.

“Bu fikir Orbanın şəxsi mövqeyi kimi görünmür. Bu, böyük ehtimalla Rusiya tərəfi ilə əlaqələrin nəticəsidir. Çünki bu fikir ilk dəfə Orban tərəfindən səsləndirilməyib. Bu narrativ daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli şəxslər, rusiyapərəst blogerlər, Qərbdə yaşayan bəzi ruslar və sanksiyaya məruz qalmış bloggerlər – o cümlədən Oleksiy Arestoviç – tərəfindən mütəmadi olaraq gündəmə gətirilib. Orban sadəcə onların səsləndirdiyi fikirləri təkrarlayıb”, – Kovalenko bildirib.

O, əlavə edib ki, Rusiya dezinformasiya kampaniyalarının əsas siması prezident Vladimir Putindir. Rusiya bu məlumatları müxtəlif kanallarla, o cümlədən digər ölkələrin liderləri vasitəsilə yaymağa çalışır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ