Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makrona zəng edib.
Turkustan.az xəbər verir ki, liderlər arasında Rusiyanın gecə hücumuna birgə cavab vermək məsələsi müzakirə olunub.
“Biz müvafiq cavabı təmin etmək üçün diplomatik səylərimizi, növbəti addımlarımızı və tərəfdaşlarla təmaslarımızı əlaqələndirdik”, – deyə Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, Kiyev Parislə birlikdə Ukrayna müdafiəsini gücləndirmək üçün tədbirlər hazırlamağa davam edir. /Turkustan.az/