Rusiya prezidenti Putin Çin sammitində tənqidi açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Çinə səfərinin çox müsbət keçdiyini bildirən Putin: “Çinlə bağladığımız müqavilələr qarşılıqlı faydalıdır”-deyə, bildirib.
Ukraynada apardıqları müharibənin ərazi uğrunda deyil, insan haqları uğrunda olduğunu bildirən Putin: "Ukraynanın NATO-ya üzv olmasına qarşıyıq. Zelenski Moskvaya gəlsə, onunla görüşməyə hazıram. Tunelin sonunda işıq var və biz bu problemi həll etmək istəyirik. Problem həll olunmasa, hərbi yolla həll qaçılmaz olacaq" deyib.
Putin Ukraynanın tammiqyaslı hücuma başlamağa qadir olmadığını iddia edib.
Trampın açıqlamaları ilə bağlı suala Putin “Trampın yumor hissi var” deyib.
Aytən Yaşar/ Turkustan.az