Ağ Evdən atılan əşyalar? – Tramp: “Saxtadır, süni intellektlə hazırlanıb"


ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə Ağ Evin yuxarı mərtəbəsinin pəncərəsindən atılan əşyaları əks etdirən görüntülərin süni intellekt tərəfindən yaradıldığını iddia edib.

Turkustan.az xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videoda Ağ Evin yuxarı mərtəbəsinin pəncərəsindən qara çanta və uzun ağ əşyanın atıldığı görünür.

“Video saxta olmalıdır, çünki o pəncərələr ağır və möhürlənmişdir və onları açmaq mümkün deyil”- Tramp görüntülərlə bağlı jurnalistlərə deyib.

Ağ Evdəki təmir layihələrinə toxunan Tramp pəncərələrin güllə keçirməz olduğunu və təxminən 270 funt ağırlığında olduğunu söylədi.

Görüntülərin süni intellektin məhsulu olduğunu iddia edən Tramp: "AI-nin yaxşı və pis tərəfləri var. Əgər bir şey səhv olarsa, bəlkə də mən süni intellektin günahını çəkməli olacağam" dedi.

Lakin Trampın açıqlamalarından bir neçə saat əvvəl Ağ Ev rəsmiləri bəzi mətbuat təşkilatlarına videonun real olduğunu və “Prezident şəhərdə olmadığı müddətdə texniki xidmət göstərən podratçıya” aid olduğunu bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ