Yeni dövr başlayır, Yaxın Şərqin taleyi dəyişəcək - Öcalandan kritik mesaj


PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Türkiyəyə kritik mesaj göndərib.

Turkustan.az xəbər verir ki, sözügedən mesaj “Türkiyənin çətin sülhü: PKK-nın silahsızlaşdırılması və qeyri-sabit geosiyasi şəraitdə siyasətin dönüş nöqtələri” adlı seminarda İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar tərəfindən çatdırılıb.

“Bu dəfə də sülh imkanını çətinliklə əldə etmişik, lakin onu reallaşdırmaq üçün səylə çalışırıq. Türkiyədə bu proses uğurla nəticələnsə, bütün Yaxın Şərqin taleyi dəyişəcək. Müharibələrin və dağıntıların sülhə əsaslanan demokratik həyatla əvəz olunacağı yeni dövr başlayacaq.

Hazırda həyata keçirdiyimiz prosesi bu prinsip üzərində qururam və bunun uğurlu olacağına inanıram. Fikrimcə, kürdlər arasında da münasibətlər demokratik birliyə əsaslanmalıdır. Mən bütün kürdləri demokratik zəmində toplaşmağa və birləşməyə çağırıram”, - deyə mesajda bildirilib./publika.az


MANŞET XƏBƏRLƏRİ