Zelenski: Alyaska görüşünün nəticələrini tanımaq niyyətində deyilik!


Ukrayna Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin onun iştirakı olmadan qəbul edilmiş qərarlarını tanımır, Vladimir Zelenski ofisinin yayımladığı “Gənclər buradadır” forumunda deyib.

Turkustan.az xəbər verir ki, Zelenski bildiirb ki, Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli treki üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini gözlədiyini bildirib. Daha sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər. Uşakov vurğulayıb ki, Kreml Putin və Tramp arasında növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ