Paşinyan Putinə zəng etdi


Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Rusiya prezidentinə avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması və regional kommunikasiyaların açılmasına dair razılaşma barədə məlumat verib.

Baş nazir əmin olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün yeni imkanlar açır. Həmsöhbətlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər./publika.az


MANŞET XƏBƏRLƏRİ