Kanada Qəzzaya havadan 10 ton humanitar yardım atdı


Kanadanın xarici işlər naziri Anita Anand və müdafiə naziri David McGuinty məsələ ilə bağlı yazılı açıqlama verib.

Turkustan.az xəbər verir ki, məlumata görə, açıqlamada yardımın Kanada Silahlı Qüvvələrinə aid "CC-130J Hercules" tipli hərbi nəqliyyat təyyarəsi ilə Qəzza zolağına atıldığı bildirilib.

Bölgəyə təqribən 10 min kiloqram yardım ləvazimatının çatdırıldığı bildirilən açıqlamada İsrail hökumətinin saxladığı məhdudiyyətlər səbəbindən qurudan qida və tibbi ləvazimat çatdırmaqda çətinlik çəkən humanitar təşkilatların üzləşdiyi əhəmiyyətli maneələr vurğulanıb.

Bəyanatda “Yardımların qarşısının alınması beynəlxalq humanitar hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır” vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ