ORC Araşdırma Şirkəti 1-3 avqust 2025-ci il tarixləri arasında 18 vilayətdə 2400 iştirakçı ilə apardığı sorğu vasitəsilə siyasi partiya liderlərinin ictimai bəyənmə reytinqini ölçüb.
Turkustan.az xəbər verir ki, sorğunun nəticələrinə görə, prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan ən yüksək bəyənmə reytinqini alıb.
Yüzdə 43,9 səs toplayan Ərdoğanı 41,4 faizlə CHP sədri Özgür Özəl izlədi. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı isə 21,6 faizlə üçüncü olub.
İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu 17,9 faizlə dördüncü, Zəfər Partiyasının başqanı Ümit Özdağ isə 16,5 faizlə üçüncü olub. Yeni Rifah Partiyasının sədri Fatih Ərbakan yüzdə 14,5, Səadət Partiyasının sədri Mahmut Arıkan isə 14,2 faiz səs toplayıb.
DEM Partiyasının həmsədri Tuncer Bakırhan 13,5 faizlə səkkizinci, onu aşağıdakı adlar izləyir:
Teoman Mutlu (Yerli və Milli Partiya): 11,6%
Mustafa Destici (BBP): 10,9%
Yavuz Ağıralioğlu (Açar Tərəf): 10,2%
Əhməd Davudoğlu (Gələcək Partiyası): 8,5%
Əli Babacan (DEVA Partiyası): 7,9%
Erkan Baş (TYP): 7,1%
Sorğunun nəticələri onu deməyə əsas verir ki, xüsusilə yeni yaranan partiyaların liderləri hələ də geniş ictimai dəstək qazanmaq üçün mübarizə aparırlar. Həmçinin qeyd olunub ki, sorğu yalnız bəyənmə reytinqlərini ölçür və seçici üstünlüklərini tam əks etdirmir.
Aytən Yaşar/ Turkustan.az