Almanlar müharibəyə hazır deyil? – Gənclər icbari xidmətdən qaçır - SORĞU


Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti mümkün “müdafiə vəziyyətində” silah saxlamaq istəmir.

Turkustan.az xəbər verir ki, Forsa araşdırma firmasının Alman media təşkilatı Redaktionsnetzwerk Deutschland üçün keçirdiyi sorğuda, Almaniyanın hərbi hücum halında özünü silahla müdafiə etməyə hazır olub-olmayacağı sualına respondentlərin 16 faizi ölkəni "mütləq" silahla müdafiə edəcəklərini, 22 faizi isə ölkəni "ehtimal ki" silahla müdafiə edəcəklərini bildirib.

Sorğuda iştirak edənlərin 59%-i hücuma məruz qalacağı təqdirdə Almaniyanı silahla müdafiə etmək istəmədiklərini bildiriblər. Bu göstərici qadınlarda 72 faiz, kişilərdə isə 46 faiz olub.

Sorğuda iştirak edənlərin 41 faizi Almaniya ordusunu NATO ölkələri arasında ən pis təchiz olunmuş ordulardan biri hesab edir.

Sorğuda iştirak edənlərin 67 faizi 2032-ci ilə qədər milli müdafiəyə sərmayələri ikiqat artırmağı düzgün hesab etsə də, yalnız 30 faizi bunu yanlış hesab edib.

Sorğuda iştirak edənlərin 60 faizi yaxın illərdə könüllü olaraq hərbi xidmət keçəcək şəxslərin sayı kifayət qədər həddə çatmazsa, hərbi xidmətin icbari olmasının tərəfdarı olduğu halda, 37 faizi icbari hərbi xidmətin əleyhinədir.

18-29 yaşlı gənclərin 61 faizi hərbi xidmətin icbari olmasının əleyhinə olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ