Qəzzaya paraşütlə dəstək: Yardımlar dənizə düşdü


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya bəzi Avropa ölkələrinin dəstəyi ilə İsrailin embarqosu səbəbiylə aclıqla mübarizə aparan Qəzzaya hava yolu ilə yardım göndərib.

Turkustan.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, BƏƏ və İordaniya, Fransa, Almaniya, İtaliya və İspaniyadan olan 7 təyyarənin iştirakı ilə Qəzzaya humanitar yardım aparıb.

İsrail ordusu ötən cümə günündən etibarən xarici ölkələrin Qəzza zolağına havadan yardım göndərməsinə icazə verəcəyini açıqlayıb.

İsrailin aclıq saldığı Qəzza zolağına havadan paraşütlə atılan yardımın daha əvvəl dinc əhalinin üzərinə düşməsi və itkilərə səbəb olduğu müşahidə edilib.

Təyyarələrdən atılan yardımların bir hissəsinin dənizə düşməsi aclıqdan əziyyət çəkən mülki əhalinin çimərliklərə və dənizlərə axın etməsinə səbəb olub, yardımın paraşütlə atılması üsulu tənqid edilib.

İsrailin son günlər Qəzza zolağına buraxdığı məhdud hava dəstəyi fələstinlilər tərəfindən “alçaldılma, göz yumma və teatr” kimi qiymətləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ