Lavrovdan Almaniyaya şok ittiham: “Avropa 4-cü Reyx yolundadır”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın yeni müdafiə siyasətləri ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Lavrov “Rossiiskaya qazeta”ya yazdığı məqalədə Almaniya kansleri Fridrix Merzin Almaniyanı yenidən silahlanmağa çağırdığını və məcburi hərbi xidmətin geri qaytarılmasını nəzərdən keçirdiyini bildirib.

Merzin Almaniya ordusunu (Bundesver) Avropanın ən böyük şərti ordusuna çevirməyi hədəflədiyini ifadə edən Lavrov: "Bu, tarixi hadisələri xatırladır. Hazırkı liderləri ilə Almaniya və Avropanın qalan hissəsi 4-cü Reyxə çevrilir" dedi.
Lavrov Almaniyanın müdafiə naziri Boris Pistorusun mümkün müharibədə alman əsgərlərinin rus əsgərlərini öldürməyə hazır olduqları barədə bəyanatını xatırladıb.

“Financial Times” qəzetinə müsahibə verən Pistorius Rusiyanın NATO üzvü olan dövlətə hücum edəcəyi təqdirdə alman əsgərlərinin rus əsgərlərini öldürməyə hazır olduğunu bildirib.

Terminoloji olaraq "Reyx" termini alman torpaqlarında qurulan dövlətləri və ya rejimləri təmsil edir. İkinci Reyx Otto fon Bismarkın rəhbərliyi altında qurulan Alman İmperiyasını, Üçüncü Reyx isə nasistlərin hakimiyyətdə olduğu 1933-1945-ci illəri təmsil etmək üçün istifadə olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ