ABŞ nümayəndəsi Ro Khanna Fələstin dövlətinin tanınmasının vaxtı çatan bir ideya olduğunu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sentyabrda keçiriləcək iclasına qədər bu mövzuda təşəbbüs göstərəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, Khanna X hesabından Jewish Insider qəzetindən bir xəbər paylaşdı.
Sözügedən xəbərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının 11 Demokrat üzvünün ABŞ administrasiyasına məktub göndərərək Fələstin dövlətinin tanınması tələbi ilə bağlı məlumatlar yer alıb.
Xanna bu xəbərin “təxribat” məqsədi ilə sızdırıldığını iddia edib və nəticə verməyəcəyini bildirib.
BMT-nin sentyabr ayında keçiriləcək iclasından əvvəl Fələstinin tanınması üçün dəstək toplayacaqlarını və hərəkətə keçəcəklərini paylaşan Khanna, "Fələstinin dövlətinin tanınması zamanı gələn bir fikirdir. Həmkarlarımın buna reaksiyası böyük oldu" dedi.
Aytən Yaşar/ Turkustan.az