Kremlin sözçüsü Dmitri Peskov uzun müddətdir Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiq olunduğunu qeyd edərək, "İqtisadiyyatımız işləyir. Təbii ki, bununla bağlı artıq müəyyən immunitet qazanmışıq" deyib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ prezidenti Donald Trampın “Ukraynada atəşkəs üçün Rusiyaya verdiyi müddəti 10 günə endirdiyi” ifadəsini qeydə aldıqlarına diqqət çəkən Peskov: “Tramp və digər beynəlxalq nümayəndələrdən bu mövzuda bütün açıqlamaları qeyd etməyə davam edirik” dedi.
Peskov bildirib ki, hazırkı vəziyyətdə Trampın bəyanatına əlavə heç bir qiymət verməyəcəklər.
Aytən Yaşar/ Turkustan.az