“Biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən təhlükəli dövrlərdə yaşayırıq”.
Turkustan.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
“Ümumi vəzifəmiz təhlükəsizliyimizi üç sütun üzərində təmin etməkdir: güclü cəmiyyət, güclü ordu və möhkəm ittifaqlar.. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkiyeviçin 2027-ci ildə Rusiya və Çinlə mümkün müharibə ilə bağlı sözləri isə “siqnal” və “təhlükəsizlik məsələsi”nin aktuallığının təsdiqidir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Qrinkeviç Çin və Rusiyanın 2027-ci ildə alyansa üzv ölkələrə qarşı müharibəyə başlaya biləcəyini bəyan etmişdi.
Hərbçinin sözlərinə görə, Çin çox güman ki, Tayvan ərazisində əməliyyata başlamazdan əvvəl öz hərəkətlərini Rusiya ilə əvvəlcədən razılaşdıracaq.
Qrinkeviç əlavə edib ki, Şimali Atlantika Alyansı belə nəticələrə hazır olmalı və arsenalında bütün lazımi resurslara malik olmalıdır./Globalinfo.az