Dostu Kremli satdı, gözlənilən oldu – Rusiyaya üç istiqamətli zərbə


“Avropa İttifaqı (Aİ) uzun müddətdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi. Bu qətnamənin qəbuluna Slovakiya və Macarıstan veto qoyurdu”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, əvvəllər ittifaqın Moskva ilə bağlı qərarlarına mane olan iki ölkənin geri çəkildiyini söyləyib:

“Slovakiyanın baş naziri qaz qiymətləri məsələsində bağlı Avropa Komissiyası ilə razılıq əldə etdikdən sonra, milli maraqlara uyğun olaraq bu qətnaməni dəstəkləyib. Macarıstanın Baş naziri Viktor Orban isə Avropa İttifaqını tərk edəcəyi mesajını verib. Bu iki ölkə Ukraynaya hərbi və maliyyə yardımlarına qarşı olaraq Aİ-nin birliyinə zərbə vururdu. Artıq ittifaq hərbi və iqtisadi cəhətdən güclənərək hər iki ölkəni sıxışdırdı, beləliklə Rusiyaya qarşı kəskin qətnamənin qəbuluna nail oldu.

Sözügedən paketdə Rusiyanın bank sektoru, enerji sahəsi və hərbi-sənaye kompleksi hədəf alınır. Həmçinin neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur. Aİ rəhbərliyi bildirib ki, məqsəd Moskvanın müharibə imkanlarını zəiflətməkdir. Təbii ki, bu sanksiyalar Rusiyanın neft sektoruna ciddi şəkildə mənfi təsir edəcək. Demək olar ki, Qərb ciddi hərbi-siyai və iqtisadi koalisiya formalaşdırır”.

mehemmed esedullazadeee
Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, Rusiyanın Ukraynaya hərbi hücumunda əsas planı Qərbin birliyini və təhlükəsizlik arxitekturasını dağıtmaq idi:

“Hazırda Qərb daha da konsolidasiya olaraq Rusiyaya qarşı möhkəmlənir. Bununla da Avropa İttifaqı yeni hərbi və siyasi mərkəz kimi geosiyasi mövqelərini gücləndirir. Eyni zamanda, Moskvaya iqtisadi və hərbi təzyiqləri artıraraq Ukraynada strateji məğlubiyyətə uğradır”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ