Braziliya: Trampın yeni tarif qərarı şantajdır


Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın ölkəsinə 50% rüsum tətbiq etmək qərarını “qəbuledilməz şantaj” kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Lula da Silva xalqa müraciətində ABŞ-ın avqustun 1-dən Braziliya məhsullarına tətbiq edəcəyini açıqladığı tarifləri qiymətləndirdi.

Mayın 16-da Vaşinqtonla tariflərlə bağlı 10-dan çox görüş keçirdiklərini və rəsmi danışıqlar təklifini ABŞ tərəfinə təqdim etdiklərini ifadə edən Lula da Silva: "Cavab gözləyirdik, amma aldığımız şey Braziliya qurumlarına qarşı təhdidlər və iki ölkə arasındakı ticarətlə bağlı yalan məlumatlar da daxil olmaqla, qəbuledilməz şantaj idi" dedi.

Lula da Silva Trampın keçmiş prezident Jair Bolsonaro ilə rəftarına görə Braziliya hökumətini tənqid etməsinə də reaksiya verib və ölkəsinin ədliyyə sisteminə müdaxilə cəhdini “milli suverenliyə ciddi hücum” kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ