Texasda daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatdı


İyulun 4-ü ABŞ-ın Texas ştatında qəfil yağan leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 82-yə çatıb.

Turkustan.az xəbər verir ki, həyatını itirənlərdən 28-nin uşaq olduğu bildirilsə də, axtarış-xilasetmə işləri hələ də davam edir.
Səlahiyyətlilər Camp Mystic adlı yay düşərgəsindən 11 qız və bir məsləhətçinin hələ də itkin düşdüyünü bildirib. Ostində mətbuat konfransı keçirən Texas qubernatoru Qreq Abbot ştatda 41 nəfərin itkin düşdüyünü bildirib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Texasdakı daşqınlar səbəbilə Kerr dairəsini fəlakət bölgəsi elan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ