Rusiya: Ukrayna az silah alarsa, əməliyyat daha tez başa çatacaq


Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya əvvəllər göndərilməsi planlaşdırılan bəzi hərbi texnikanı göndərməmək qərarına toxunaraq: "Ukraynaya nə qədər az silah verilsə, xüsusi hərbi əməliyyat bir o qədər tez başa çatacaq" dedi.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında dünən telefon danışığı olduğuna diqqət çəkən Peskov görüşün Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

"Putin dəfələrlə dialoqa hazır olduğunu bildirib. Görüş iki saatdan çox davam edib və kifayət qədər əhatəli olub. Makron sülh şərtləri (Ukrayna) haqqında danışmağa hazır olduğuna işarə etməyib. İki lider yalnız təfərrüatlı fikir mübadiləsi aparıblar. Bu, tərəflər üçün öz mövqelərini bir-birinə çatdırmaq üçün yaxşı fürsət idi", - Peskov bildirib.

İki liderin görüşünün mümkünlüyünü şərh edən Peskov telefon danışığında bunun müzakirə olunmadığını qeyd edib.

Peskov İngiltərə və Almaniyanın Putinlə görüşmək üçün heç bir müraciət etmədiyi barədə məlumat paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ