Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili


Ermənistan Türkiyə ilə sülh müqaviləsi imzalayıb, sərhədlərini və səfirliyini açır. İrəvan həmçinin Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir və ölkənin əsas rusiyayönlü oliqarxını həbs edib.

Turkustan.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

Saakaşvili qeyd edib ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsini tərk edib:

“Bu vəziyyətdə Gürcüstan tamamilə oyundan kənarda qalır ki, bu da son dərəcə təhlükəlidir.

Ölkəmizi xilas etmək istəyiriksə, dərhal hərəkətə keçməliyik!” /axar.az/


MANŞET XƏBƏRLƏRİ