Ukrayna: Liderlər səviyyəsində görüş keçirmək üçün müttəfiqlərimizlə işləyirik


Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderləri bir araya gətirmək üçün müttəfiq ölkələrlə işləməyə davam etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Umerovun sosial media hesabından verilən açıqlamaya görə, xarici və yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib.

İclasda müdafiə naziri Umerov jurnalistlərə Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün göstərdiyi səylər barədə məlumat verib.

Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün liderlər arasında görüşlər keçirməyə çalışdıqlarını ifadə edən Umerov: “Biz liderlik səviyyəsində görüş keçirmək üçün ABŞ başda olmaqla müttəfiqlərimizlə işləməyə davam edirik” dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ