İsrail mediasının məlumatına görə, İsrail ordusunun zabit və əsgərləri Qəzza zolağında sözdə paylama məntəqələrində yardım gözləyən silahsız fələstinlilərə atəş açmaq üçün birbaşa əmr verildiyini və bunu “oyun kimi” hesab etdiklərini etiraf ediblər.
Turkustan.az xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə, İsrail ordusunun zabit və əsgərləri ABŞ-İsrailin rəhbərlik etdiyi Qəzza Humanitar Vəqfinin Qəzza zolağında sözdə paylama məntəqələrində yardım gözləyən silahsız fələstinlilərə atəş açmaq üçün birbaşa əmr verildiyini və bunu "oyun kimi" hesab etdiklərini etiraf ediblər.
Haaretz qəzetinin məlumatına görə, hərbi prokurorluq İsrail Baş Qərargahının müvafiq bölməsini humanitar yardım paylama məntəqələri deyilən yerlərdə yüzlərlə fələstinlinin öldürülməsindən sonra hərbi cinayətləri araşdırmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az