Putin: Biz İstanbulda Ukrayna ilə yenidən görüşməyə hazırıq


Rusiya prezidenti Putin Ukrayna ilə danışıqların üçüncü mərhələsini İstanbulda keçirməyə hazır olduqlarını, lakin tərəflərin təqdim etdiyi memorandumların bir-birinə zidd olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Putinin bəyanatlarından diqqət çəkən məqamlar belədir:

"Biz Ukraynaya daha 3 min əsgərin cəsədini çatdırmağa hazırıq. Bununla belə, memorandumlar ziddiyyətlidir. Biz üçüncü raundda bunu müzakirə etməyə hazırıq.

NATO-nun müdafiə büdcəsinin artırılması Rusiyanın mövcud olmayan təcavüzünə əsaslanır. Rusiya hərbi xərclər büdcəsində çətinliklərin öhdəsindən gəlməyə çalışır. Biz müdafiə xərclərimizi azaldacağıq"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ