Tramp Kanada ilə bağlı gözlənilməz QƏRAR VERDİ


ABŞ Kanada ilə ticarət danışıqlarını davam etdirməkdən imtina edib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

“Kanada ilə bütün ticarət danışıqlarını dayandırırıq. Qərar dərhal qüvvəyə minir”, - deyə Ağ Ev rəhbəri bildirib.

Amerika lideri vurğulayıb ki, onun bu qərarı Ottavanın Amerika texnologiya şirkətləri üçün rəqəmsal xidmətlər vergisi tətbiq etmək niyyəti ilə bağlıdır. Tramp Kanada hakimiyyətini AB-ni təkrarlamaqda ittiham edib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ