Şimali Atlantika Alyansı hesab edir ki, bu yay hərbi əməliyyatların intensivləşməsi fonunda Ukrayna cəbhə xəttində artan təzyiqlərlə üzləşəcək.
Turkustan.az “European Pravda” nəşrinə istinadən xəbər verir ki, bunu alyansın adının açıqlanmasını istəməyən yüksək rütbəli nümayəndəsi bildirib.
"Biz Rusiyanın kiçik fəthlər taktikasını davam etdirəcəyini gözləyirik", - NATO sözçüsü bildirib.
Yay üçün gözləntilərə gəlincə, NATO nümayəndəsi bildirib ki, onlar Sumı və Zaporojye bölgəsində intensivləşmə gözləyirlər./publika.az