Qəssam Briqadaları Telegram hesabında üzvlərinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Tarhis əl-Qadim bölgəsindəki bir evdə sığınan İsrail əsgərlərini pusquya saldığını və əməliyyatda Yasin 105 və RPG raketlərindən istifadə edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, açıqlamada evin hədəf alındığı, daha sonra pulemyotlardan atəş açıldığı, hücumun İsrail əsgərləri arasında itkilərə səbəb olduğu bildirilib.
Bundan əlavə, Qəssam Briqadaları eyni bölgədə bir İsrail tankını Şevaz tipli partlayıcı və Yasin 105 raketi ilə hədəfə aldıqlarını vurğulayıb.
Əməliyyatın dəqiq tarixi açıqlanmasa da, İsrail ordusu hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az