Ukrayna prezidenti Vladimir Zelenski iyunun əvvəlində Türkiyənin İstanbulda ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşma çərçivəsində Rusiya ilə daha bir məhbus əsgər mübadiləsi həyata keçirdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski Telegram hesabında Rusiya ilə daha bir məhbus əsgər mübadiləsi apardıqlarını bildirib və iki ildən artıqdır əsir olan Ukrayna əsgərlərinin ölkəyə qaytarıldığını qeyd edib.
"Xalqlarımızı geri qaytaran hər kəsə minnətdaram. Biz hər kəsi geri qaytarana qədər mübadilələrin davam etməsini təmin etmək üçün çalışırıq"-deyə, Zelenski bildirib.
Ukrayna Hərbi Əsirlərin Müalicəsi Koordinasiya Mərkəzinin Telegram hesabından verilən açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində ağır yaralı və ağır xəstə olan Ukrayna əsgərlərinin ölkəyə qaytarıldığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az