Prezident Rəcəb Tayyib Ərdoğan Haliç Universitetinin Konqres Salonunda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunda mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, İsraillə İran arasında davam edən müharibəyə toxunan Ərdoğan adını çəkmədən ABŞ prezidenti Donald Trampa zəng edib. “Həm Qəzzədəki soyqırım, həm də İranla qarşıdurmalar təəssüf ki, sürətlə geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşır” deyən Ərdoğan: “İsrail üzərində təsir gücünə malik olan qüvvələr Netanyahunun oyununa düşməməli, bölgəmizdə atəşkəs və sakitliyin bərqərar olması üçün təsir imkanlarından istifadə etməlidir” deyib.
Aytən Yaşar/ Turkustan.az