İsrailin can damarının vurulduğu həmin an! Tüstü metrlərlə hündürlüyə qalxdı - FOTO


İsrail - İran müharibəsinin 8-ci günündə iki ölkə bir-birini vurmağa davam edir.

Turkustan.az xəbər verir ki, İranın bu gün günortadan sonra atdığı ballistik raketlərdən bəziləri Hayfaya düşüb. Şəhərin səmasından qatı tüstü qalxır, ard-arda törədilən partlayışların səsləri kilometrlərlə uzaqdan eşidilirdi. Həyəcan sirenləri şəhər boyu fəryad edib və insanların sığınacaqlara qaçdığı bildirilir.

İranın başlatdığı hücumlardan sonra Hayfa, Beersheba, Qüds və Tel-Əvivdə partlayış səsləri eşidilib. İsrail mediası hücumda 39 raketin aşkar edildiyini bildirib.

Raketin şəhərə düşməsi nəticəsində 12 nəfər yaralanıb; Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu açıqlanıb. Axtarış-xilasetmə qrupları və sağlamlıq bölmələri bölgədə işlərini davam etdirir.

Hücumlardan sonra sosial mediada paylaşılan görüntülərdə Hayfanın bir çox yerində qara tüstü buludları görünüb.

Politika Haber - Politika Haberleri - Haberler

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ