İranla məsələnin həll yolu budur – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Fridrix Mertsarasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, liderlər İran və İsrail arasında davam edən münaqişəni müzakirə ediblər.

Türkiyə prezidenti İranla nüvə mübahisəsinin həlli yolunun danışıqlardan keçdiyini söyləyib:

“İsrailin hücumları isə nüvə yanacağının sızması ehtimalını artırır. Bu münaqişə prosesi regional təhlükəsizliyə təhdidi maksimum dərəcədə artırıb. İsrailin İrana hücumları miqrasiya baxımından Avropaya ziyan vura bilər”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ