İrəvan Karapetyanı Bakıya təhvil verəcək? – Paşinyanın komandasından açıqlama gəldi


Ermənistanın hakim “Mülki müqavilə” partiyasının biznesmen və “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı Azərbaycana təhvil verə biləcəyi ilə bağlı iddialar tamamilə cəfəngiyatdır.

Turkustan.az xəbər verir ki, bunu iyunun 20-də Milli Assambleyada ənənəvi brifinqlər zamanı hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan deyib.

"Bu iddia, heç bir şərhə belə layiq deyil", - Ayrapetyan deyib.

Hakim partiyadan olan digər deputat Vladimir Vardanyan da bu narahatlığı şərh etməyib.

"Mən heç vaxt sui-qəsd nəzəriyyələrinə inanmamışam və heç kimin də onlara inanmasını istəmirəm", - deputat əlavə edib.

Xatırladaq ki, Samvel Karapetyan hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə Dağlıq Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa verib. Həmin şirkət rəhbərləri arasında Samvel Karapetyan da olub./publika.az


MANŞET XƏBƏRLƏRİ